Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib. Azərbaycan Respublikası Səhiyyə naziri Cənab Teymur Musayev 10 gün müddətində davam edən səhiyyə dekadasında gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə Özbəkistanın Respublikasının Səhiyyə naziri cənab Amrillo İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü bildirib. Ölkəmizdən 12 müxtəlif ixtisasda cərrahların iştirakı ilə Özbəkistanın müxtəlif şəhərlərində toplam olaraq 159 əməliyyat icra olunub. Ölkəmizi təmsil edən həkim cərrahlarımız arasında Bakı Sağlamlıq Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin rəhbəri, t.ü.f.d., Uzman ümumi cərrah Kamil Hacıyev də yer almışdır. Forumda hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələri, Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiri, alimlər və həkimlər də iştirak ediblər. Forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaq olmuşdur. Forumun sonunda, Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib. Görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

Diqər xəbərlər